Bir çox insanlar ürək və qan damarları ilə bağlı problemlər riski səbəbindən bu məhsula ehtiyatla yanaşırlar. Foodinfo.az Doctorpiter.ru-ya istinadən xəbər verir ki, kardioloq, professor Olqa Bokeriya qida rasionunuza yumurta daxil etməyi məsləhət görür. Mütəxəssisin fikrincə, bunla hətta infarkt və insult riskini azalda bilərsiniz.
Olqa Bokeriyanın dediyi kimi, çoxları yumurtanın tərkibində qan damarlarına və ürəyə zərərli sayılan xolesterinə görə yeməkdən qorxur. Əslində, onlar zərərli deyil, ürək-damar və sinir sistemləri, gözlər və bir çox digər orqanlar üçün faydalıdır.
Məsələn, yumurta qanda trigliserid səviyyəsini azaltmağa kömək edir, bu da ürək və damar xəstəlikləri riskini azaldır.
Həkimin dediyi kimi, ilk növbədə, yumurta mükəmməl zülal mənbəyidir. Ancaq tam protein məhsulun yeganə üstünlüyü deyil. Olqa Bokeriyaya görə, bir yumurtada digər məhsullardan daha çox qida tapa bilərsiniz.