“Veysəloğlu” nüfuzlu beynəlxalq biznes müsabiqəsini dəstəklədi
Veysəloğlu Şirkətlər Qrupunun biznes fəlsəfəsi bütün maraqlı tərəflər üçün dəyər yaratmaq və insanların sosial-iqtisadi inkişafına töhfə verməkdir. VŞQ “EY İlin İş Adamı” müsabiqəsini dəstəkləməklə sahibkarlıq ruhunun cəsarətləndirilməsinə və sahibkarları mükafatlandırmaqla icmaların, ölkələrin və ümumiyyətlə, dünyada insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına fayda verəcəyinə ümid edir.


