Maya çörəyi adi versiyadan daha uzun müddətə hazırlanır, lakin daha sağlamdır. Foodinfo.az xəbər verir ki, ABŞ-ın Klivlend Klinikasından sertifikatlı dietoloq Beth Cervoni belə bir məhsulun faydalarından danışıb.

Maya çörəyi fermentasiya yolu ilə hazırlanır. Bu, bağırsaqda sağlam bakteriyaları qidalandıran prebiyotiklər yaradır.

Üstəlik, fermentasiya prosesinə görə bu məhsul bəzi digər çörək növlərinə nisbətən daha aşağı glisemik indeksə malikdir. Başqa sözlə, qan şəkərinin səviyyəsi ağ çörək yeyərkən olduğu kimi tez yüksəlmir ki, bu da diabetli insanlar üçün xüsusilə vacibdir.