Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) İnformasiya texnologiyaları və texniki dəstək şöbəsinin kiçik mühəndisi vəzifəsinə peşəkar kadrları işə dəvət edir.

Foodinfi.az-ın xəbərinə görə, işə qəbul olmaq istəyən şəxslər aşağıdakı tələblərə cavab verməlidirlər:

Ali təhsilli olmalıdırlar;

Structured Query Language (SQL) biliklərinə sahib olmalıdırlar;

Azərbaycan dilini səlis bilməlidirlər, ingilis dili arzuediləndir;

Windows əməliyyat sistemində işləməyi bacarmalıdırlar; 

Yüksək səviyyədə ünsiyyət qurmaq, komanda ilə işləmək, vaxtı düzgün idarə etmək və analiz aparmaq qabiliyyətinə malik olmalıdırlar; 

Dəqiq, intizamlı, təşəbbüskar və məsuliyyətli olmalıdırlar.

Kiçik mühəndis vəzifəsinə yiyələnəcək şəxsin görəcəyi işlər aşağıdakılardan ibarətdir: 

Proqram təminatı sorğularının vaxtında cavablandırılması;

Proqram təminatı sorğularının vaxtında müvafiq istiqamətlərə yönləndirilməsi;

Proqram təminatları ilə bağlı yaranmış sualların cavablandırılması;

İstifadəçilərin istək və problemlərinin sorğu şəklində qeydə alınması və izlənilməsi;.

İstifadəçilərə imeyl və telefon vasitəsilə dəstək göstərilməsi;

Sorğunun növünün, kateqoriyasının, prioritetinin və vacibliyinin müəyyən edilməsi;

Vəzifə dəyişiklikləri olduqda və ya işə yeni işçilər qəbul edildikdə, rolların verilməsi və dəyişdirilməsi;

Proqram təminatında admin kimi mövcud jurnallarda, kataloqlarda məlumatların yenilənməsi və əlavə olunması;

Biznez dayanaqlığını təmin etmək üçün dəstəyin göstərilməsi;

Baş verən insidentlərin vaxtında qeydə alınması, analizi, müvafiq istiqamətlərə yönləndirilməsi, istifadəçilərə müvəqqəti həll yolunun təqdim edilməsi;

Problem mövcud olduqda kommunikasiya quraraq daxili istifadəçilərin bu barədə məlumatladırılması və onlara həllə yönəlmiş addımlar haqqında məlumat verilməsi.

Tələblərə cavab verən namizədlər özləri barədə məlumatlara dair anket formasını (CV) mövzu yerinə “İnformasiya texnologiyaları və texniki dəstək şöbəsinin kiçik mühəndisi” yazaraq [email protected] elektron poçt ünvanına göndərə bilərlər. CV-lər təhlil edildikdən sonra namizədlərlə əlaqə saxlanılacaq.