Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu və Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində Salyan rayonunda sahibkarlar üçün təlim keçirilib.

Foodinfo.az xəbər verir ki, “Anbar zərərvericilərinə qarşı mübarizə tədbirləri" mövzusunda təşkil edilən təlimdə iştirakçılara məhsul saxlanılan anbarlarda müşahidə olunan zərəvericilər, həmçinin onlara qarşı vaxtında və düzgün mübarizə tədbirlərinin həyata keçirilməsi bərədə məlumat verilib.

Təlim zamanı mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.