Yaponların yeməkləri bir çoxlarına yad gəlsə də, son zamanlar suşi, dəniz yosunu kimi qidalar ölkəmizdə də sevilir. Yaponların bəzi yeməklər sağlamlıq üçün çox faydalıdır.

Foodinfo.az xəbər verir ki, həkimlər Svetlana Trofimova və Sergey Aqapkin dəniz kələmi barədə danışıb və onu qida rasionuna daxil etməyi məsləhət görüblər.

Onların sözlərinə görə, bu bitki ömrü uzadır. 

Aqapkin bildirib ki, dəniz kələmi algin turşularının mənbəyidir. Bu turşular zəhərli komponentləri özünə çəkərək bədəndən çıxarır.

Svetlana Trofimova isə qeyd edib ki, məhsul ürək-damar sistemini və beynin fəaliyyətini gücləndirir.

Mütəxəssislər xatırladıblar ki, uzunömürlülükləri ilə tanınan yaponlar həmçinin yeməlkərində duzdan çox az istifadə edir və zülal mənbəyi kimi ətdən çox balıq yeyirlər.

Həkimlər ömrü uzatmaq üçün kalori qəbulunu azaltmağı və çox isti yeməklərdən çəkinməyi də tövsiyə ediblər, çünki qaynar yeməklər (içkilər) mədə-bağırsaq xərçəngi riskini artırır.