Alimlər təcrübə nəticəsində müəyyən ediblər ki, gündə 400 ml-dən çox kofein (dörd espresso = dörd stəkan) qəbul etmək sağlamlığa zərər verə bilər. Bu zaman hətta sağlam insanlarda belə, qan təzyiqi yüksəlir, ürək döyüntüləri artır və orqanizmin yükü çoxalır.

Foodinfo.az xəbər verir ki, bu barədə endokrinoloq Zuxra Pavlova xəbərdarlıq edib.

O, gündə 2-3 fincan qəhvə ilə kifayətlənməyi məsləhət görüb, çünki bəzi insanlar kofeinə qarşı daha həssasdırlar, ona görə az miqdarda içiləm qəhvə də mənfi təsir göstərə bilər.

"Əlbəttə, bu o demək deyil ki, qəhvə tamamilə zərərlidir. Qədərində içildikdə hətta faydalıdır: qocalmanı ləngidir, xərçəngin inkişaf riskini azaldır və gümrahlıq bəxş edir. Bu yaxınlarda qəhvə ilə böyüklərdə skelet əzələ kütləsinin artması arasında əlaqə aşkarlanıb (lakin piylənmə olmadıqda)," - deyə həkim əlavə edib.