Mingəçevirdə yaşlı kişinin meyiti aşkar edilib. Foodinfo.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə şəhərin "Nar kolluğu" adlanan ərazisində baş verib. Mingəçevir şəhər sakini, 1940-cı il təvəllüdlü Bayramov Nizamət Yusif oğlu tanışı Viktor Qribovun həyətyanı sahəsində Kür çayında krevet tutmaq üçün özünə məxsus qayığı təmir edərkən ürəyi tutub. Köməksiz vəziyyətdə qalan N.Bayramov hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.