Ötən il Azərbaycanda 201 842,4 ton üzüm istehsal olunub ki, bu da 2018-ci il ilə müqayisədə 34 251 ton və ya 20,4% çoxdur. Foodinfo.az APA-ya istinadən verdiyi məlumata görə, 2019-cu ildə ölkə üzrə üzümün məhsuldarlığı hər hektara görə 104,8 sentner təşkil edib ki, bu da 2018-ci il ilə müqayisədə 12 sentner və ya 12,9% çoxdur. Təkcə Bakı şəhərində ötən il 10 462,4 ton üzüm istehsal olunub ki, bu da 2018-ci il ilə müqayisədə 31,4% çoxdur. Məhsuldarlıqda 1,5% artaraq hər hektara görə 39,6 sentnerə çatıb. 2019-cu ildə ölkənin iqtisadi rayonları üzrə üzüm istehsalı və məhsuldarlıq siyahısı: