Bu ilin yanvar-may aylarında Bakı şəhərinin iaşə dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 4,5% artaraq 369,3 mln. manat təşkil edib. "Foodinfo" Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, dövriyyənin 43,3%-i hüquqi şəxs statuslu müəssisələrin, 56,7%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb. Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2018-ci ilin yanvar-may aylarına nisbətən 17,6% azalaraq 159,8 mln. manat təşkil edib.