Yanvarda ölkədən 46,8 ton çay ixrac edilib. Foodinfo.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən çayın dəyəri isə 317 min ABŞ dolları olub. Xatırladaq ki, ötən ilin eyni ayında ölkədən dəyəri 659,7 min dollar olmaqla 107,9 ton çay ixrac edilib.