Bu ilin əvvəlində Əhmədli qəsəbəsində ilk hipermarket formatlı mağazasını istifadəyə verən “Bravo” şəbəkəsi ikinci hipermarketini açacaq. Foodinfo.az-ın xəbərinə görə, hipermarket metronun “20 Yanvar” stansiyası yaxınlığında müştərilərinin ixtiyarına veriləcək. Hipermarket müştərilərinə aşağıdakı bölmələr üzrə seçim imkanı təklif edir: -Geniş təravətli meyvə və tərəvəz məhsulları bölməsi -Böyük ət, dəniz məhsulları, qastronomiya, un və qənnadı məhsulları bölmələri -Dondurulmuş məhsul çeşidləri -Şərab və spirtli içkilərdə bol seçim imkanı -Zəngin körpə qidası və qulluq vasitələri seçimi -Dəftərxana ləvazimatları və oyuncaqlar -Geniş çeşiddə kosmetika, şəxsi qulluq və gigiyena bölmələri -Qadın, kişi və uşaqlar üçün geyim çeşidləri -Zəngin tekstil məhsulları -Geniş çeşiddə məişət əşyaları, qab-qacaqlar -Kiçik mebel və mebel aksesuarları -Böyük və kiçik məişət texnikası -Bağ və bağçılıq məhsulları bölməsi -İdman məhsulları -Elektrik və əl alətləri bölməsi Hipermarketin komandası həftənin 7 günü, səhər saat 8-dən gecə saat 12-dək istehlakçıların xidmətində olacaq. Qeyd edək ki, “Bravo”nun mağazaları “Bravo! Yüksək qiymətlərə qarşıdır!” şüarı ilə fəaliyyət göstərir.