Azərbaycanda fəaliyyət göstərən iri mağazalar şəbəkələrində 49 adda ərzaq məhsullarının qiymətləri araşdırılıb. Foodinfo.az "Report"a istinadən xəbər verir ki, 2 mart 2020-ci il tarixinə “Araz”, “Bazarstore”, “Bizim Market” və “Bravo” mağazalarındakı eyni adda mallar üçün müəyyən olunan qiymətlərin (manatla) müqayisəsi aparılıb. Müəyyən olunub ki, yalnız beş adda məhsul üzrə qiymətlər tədqiq edilən bütün marketlərdə analoji səviyyədə olub. Daha ətraflı məlumat aşağıdakı infoqrafikada təqdim olunur: