Biləsuvar rayonunda qarpızdan zəhərlənmə ölümə səbəb olub. Hadisə rayonun İsmətli kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1992-ci il təvəllüdlü Əlizadə Cəmilə zəhərlənmə əlamətləri ilə rayon xəstəxanasına daxil olub. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, qadın yediyi qarpızdan zəhərlənib. Faktla bağlı araşdırma aparılır. (Report)