Türkiyə fındığın dünya bazarlarına ixracı məsələsində Azərbaycanla əməkdaşlıq edəcək. Foodinfo.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyindən bildiriblər. Nazirlikdən deyiblər ki, Türkiyə və Azərbaycan fındıq istehsalı bazarında vacib iştirakçılardır: “Türkiyə fındıq istehsalı və ixracında böyük təcrübəyə malikdir və bu istiqamətdə Azərbaycana lazımi dəstək göstərməyə hazırdır”. Qeyd edək ki, 2019-cu ildə Azərbaycan 125 milyon dollar məbləğində fındıq ixrac edib. Ölkədə fındıq bağları əsasən Qax, Zaqatala və Balakən rayonlarında yerləşir.