Amerikanın İllinoys ştatının Çikaqo şəhərinin 100 yaşlı sakini uzunömürlülüyün sadə sirlərini açıqlayıb. Bu barədə “The News International” məlumat yayıb.

Bu yaxınlarda təqaüdə çıxan Madeline Paldo uzun ömür sürdüyünə görə işinə borcludur. Qadının karyerası 18 yaşında ailə firmasında başlayıb. O, ofisdə işləyirdi və müştərilərlə ünsiyyəti həqiqətən yüksək qiymətləndirirdi. Qadın uzunömürlülüyün digər səbəbi kimi genetikasını göstərib. Paldo böyük bacısının 103 yaşına qədər yaşadığını qeyd edib. Bununla belə, təqaüdçü təkcə irsə deyil, həm də özünə güvəndiyini bildirib. Qadın sağlamlığına nəzarət edir, bitki mənşəli pəhrizə riayət edir və aktiv həyat tərzi keçirir.

Yaşının çox olmasına baxmayaraq ailə tədbirlərində iştirak edir, uşaqları ilə şam yeməyinə gedir.

Leyla