103 yaşlı ABŞ sakini uzun ömrün sadə sirlərini açıqlayıb. Bu barədə “Fox 32 Chicago” məlumat yayıb.
Ruby Warren uşaqlıqdan İllinoys ştatının Çikaqo şəhərində yaşayır. Qadının sözlərinə görə, hələ uşaq olduğu vaxtdan şəhər xeyli dəyişib. “İndi burada tez-tez atışma olur. Bu, mənim böyüdüyüm dövr deyil, tamam başqa dövrdür” deyə şikayətlənib.
Amerikalı sevgini uzunömürlülüyün əsas sirlərindən biri adlandırıb. “Valideynlərə, qonşulara hörmətli olmalıyıq, bir-birimizi düşmənçilik etmədən sevməliyik. Allahı da unutma” deyir.
Fərid