Surrey Universitetinin alimləri internetdən asılılığı beş kateqoriyaya ayıraraq yeni təsnifat sistemi hazırlayıblar.

Foodinfo.az xəbər verir ki, bu kateqoriyaların hər biri digərlərindən nəzərəçarpacaq dərəcədə fərqlənir və dünya əhalisi arasında kifayət qədər əhatə dairəsinə malikdir.

Həmin kateqoriyaları təqdim edirik:

1. Təsadüfi istifadəçilər (14,86%): xüsusi tapşırıqlar üçün onlayn olur və internetdən tez çıxırlar.

2. İbtidai istifadəçilər (22,86%): tez-tez İnternetdə planlaşdırdıqlarından daha çox vaxt keçirir və bəzən gündəlik işləri unudurlar.

3. Təcrübəçilər (21,98%): İnternetə qoşulmadıqları zaman özlərini narahat və təşviş içində hiss edirlər.

4. İnkar edən aludəçilər (17,96%): İnternetdə daim yeni münasibətlər qurmaq kimi asılılıq əlamətlərini göstərirlər, lakin asılı olduqlarını etiraf etmirlər.

5. Aludəçilər (22,36%): İnternet asılılığını açıq şəkildə etiraf edirlər və onun həyatlarına mənfi təsirinin fərqindədirlər.

Bu təsnifatı yaratmaq üçün tədqiqatçılar 796 nəfərin internet davranışını təhlil ediblər. Məlum olub ki, gənclər (24 yaşdan aşağı) əsasən smartfonlardan istifadə edərək gündə orta hesabla altı saat internetdə keçirirlər.

Yaşlı nəsil isə (24 yaşdan yuxarı) gündə orta hesabla 4,6 saatını internetdə keçirir. 

Alimlər cinsiyyət və internet asılılığı arasında əlaqəninn olduğunu müşahidə etməyiblər.

Nurlan