Vegan şauarma hazırlamaq üçün istifadə edilən falafel (noxud) kişi reproduktiv sistemini məhv edə bilər. Bu barədə “Toxicology Reports” jurnalı Misir Əl-Əzhər Universitetinin alimlərinin araşdırmasına istinadən yazır.
Tədqiqat erkək siçovullar üzərində aparılıb. Nəzarət qrupu yalnız distillə edilmiş su içib. İkinci qrupa təzə palma yağı verilib, üçüncü qrupa falafel yedirdilib. 28 gün davam edən araşdırmada ümumilikdə 21 siçovul iştirak edib.
Nəticədə falafel yeyən siçovullarda testosteron səviyyəsi və sperma xüsusiyyətləri azalıb. Heyvanlar da oturaq həyat tərzi sürməyə başlayıblar. Alimlər eyni təsirin insanlarda da ola biləcəyi barədə xəbərdarlıq ediblər. Ancaq bunu sübut etmək üçün yeni araşdırmalara ehtiyac var.
Fərid