Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qurban bayramında fəaliyyət göstərəcək kəsim məntəqələri barədə maarifləndirici videoçarx yayıb.
Foodinfo.az-ın xəbərinə görə, Qurban bayramı günlərində ölkə ərazisində qurbanlıq heyvanların satışı və kəsimi baytarlıq-sanitariya və gigiyena normalarına cavab verən stasionar və çadırtipli heyvan kəsimi məntəqələrində həyata keçiriləcək. Bu məqsədlə bayram günlərində 44 stasionar və 30 çadırtipli heyvan kəsimi məntəqəsi lazımi avadanlıqlar ilə təmin edilərək, vətəndaşların ixtiyarına veriləcək. Sözügedən kəsim məntəqələri barədə əhalini məlumatlandırmaq və heyvan kəsimini həyata keçirəcək şəxsləri standartlara uyğun kəsim məntəqələrinə cəlb etmək məqsədi ilə Agentlik tərəfindən bayram günlərində fəaliyyət göstərəcək stasionar və çadır tipli heyvan kəsimi məntəqələrinin siyahısı və ünvanlarını əks etdirən videoçarx hazırlanıb.
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı