Gələcək nəsillərin sağlam böyüməsini, uşaqların fiziki və əqli cəhətdən normal inkişafını təmin edən ən vacib amil onların düzgün qidalanması ilə bağlıdır.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi uşaqların sağlam qidalanmasının təmin olunması məqsədilə 2019-2020-ci tədris ilindən etibarən müvafiq qurumlar ilə birgə “Sağlamlıq üçün süd için” adlı yeni pilot layihəyə start verəcək.
Layihə çərçivəsində məktəblilərin təzə südlə təmin olunması ilə yanaşı, onlara sağlam qidalanma vərdişlərinin aşılanması, vitamin və mineral çatışmazlığı problemlərinin qidalanma ilə aradan qaldırılması istiqamətində zəruri məlumatların çatdırılması nəzərdə tutulmuşdur.
İlkin olaraq Siyəzən rayonunda yerləşən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə təhsil alan şagirdləri əhatə edəcək layihə, daha sonra respublikamızın digər bölgələrində də reallaşdırılacaq.
Pilot layihəyə hazırlıq tədbirləri zamanı AQTA mütəxəssisləri tərəfindən şagirdlərə və valideynlərə südün istehlak qaydaları ilə bağlı məlumatlar veriləcək, süd içməyin əhəmiyyəti barədə təlimlər keçiriləcəkdir.
Agentlik gələcək nəsillərin sağlamlığının təmin olunması məqsədilə həyata keçirilən layihədə könüllü iştirak etmək, təmənnasız dəstək göstərmək istəyən sahibkarları əməkdaşlığa dəvət edir. Ülvi amala xidmət edən “Sağlamlıq üçün süd için” adlı layihədə iştirak etmək istəyən sahibkarlar AQTA-nın Sahibkarlarla iş şöbəsinə müraciət edə bilərlər.
Əlaqə vasitələri: Tel.: (012) 377 00 77 (177), e-mail: [email protected]
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı