Hazırda "X" olaraq adlandırılan "Twitter" Yeni Zelandiya və Filippində "Not a Bot" adlı yeni abunə modelini sınaqdan keçirmək planlarını təsdiqləyib. 

Foodinfo.az xəbər verir ki, bundan sonra yeni istifadəçilər tvitlərin dərc edilməsi, retvit, "like" qoymaq kimi əsas funksiyalardan istifadə edə bilmək üçün ilə 1 dollar ödəməli olacaqlar.

Abunə olmayan yeni istifadəçilər isə "yalnız oxumaq" rejimi ilə məhdudlaşdırılacaqlar. Bu tədbir platformada spam, manipulyasiya və bot fəaliyyətini azaltmaq məqsədi daşıyır.

"X" şirkəti vurğulayır ki, abunə haqqı mövcud istifadəçilərə şamil edilməyəcək və mənfəət faktoru deyil. Bununla belə, bu ilkin sınaq "X"in sonda hamı üçün pullu olacağı ehtimalı gücləndirib.