Azərbaycanın ləzzətli milli şirniyyatları var. Hər bölgənin özünəməxsus dadlı şirniyyatları çay süfrələrinə xüsusi ləzzət verir. Bu dəfə sizə Bakı qurabiyəsinin reseptini veririk. 1 kq məmulat üçün lazım olanlar: 89 q əla növ un 354 q kərə yağı 153 q qənd kirşanı 35 q yumurta (ağı) 30 q alma yaxud qaysı əzməsi 30 q qənd Hazırlanma qaydası: Kərə yağı, qənd tozu və yaxud qənd kirşanı ilə qarışdırıldıqdan sonra ona yumurta ağı, ələnmiş un vurulur və hamısı birlikdə yenidən qarışdırılır. Xəmirin temperaturu 18 C-dən yuxarı olmamalıdır. Sonra xəmir borulu qənnadı kisəsinə yerləşdirilərək sıxılır və soba qabına çobanyastığı formalı fiqurlar hazırlanıraq düzülür. Bişirməzdən qabaq qurabiyənin ortasına oyuq açılır və 250 dərəcədə 10 dəqiqə müddətində sobada bişirilir. Bişdikdən sonra oyuqlara qənd kirşanı ilə meyvə püresi doldurulur. Süfrəyə verilən zaman qurabiyənin üstünə qənd kirşanı səpilir. Nuş olsun (ailem.az)