ABŞ-ın Minnesota ştatından olan 14 yaşlı yeniyetmə balıq ovuna çıxıb və içində külli miqdarda pul olan pulqabı "tutaraq" sahibinə qaytarıb.
Foodinfo.az bildirir ki, bu barədə "ABC 7" məlumat yayıb.
Belə ki, Konnor Halsa adlı yeniyetmə balıq tutulduğunu zənn edərək toru çəkib. Lakin içində 2000 dollar olan pul kisəsi tutduğunu görüb.
Pulqabıda vizit kartı da olub. Halsa dərhal orada qeyd olunan telefon nömrəsinə zəng edərək pulu sahibinə qaytarıb.