Rusiyanın İstra şəhərində bayquş pəncəsinə bənzəyən nadir göbələk tapılıb.
Foodinfo.az xəbər verir ki, bu barədə Moskva vilayətinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi öz saytında məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Qırmızı Kitaba daxil edilmiş göbələk qeyri-adi görünüşü ilə fantastik məxluqu və ya qəribə memarlıq obyektini xatırladır.
Nazir Tixon Firsovun sözlərinə görə, bu bitki Moskva vilayətində cəmi iki dəfə görülüb.