Kaliforniyanın San Xose şəhərində 40 yaşlı Laura Barahas tilapiya balığını yedikdən sonra təhlükəli bakterial infeksiyanın qurbanı olub.
Foodinfo.az xəbər verir ki, "Vibrio vulnificus" adlı bu bakteriya çiy və ya yazşı bişməmiş balıq vasitəsilə ötürülə bilər.
Belə ki, Laura yerli bazardan aldığı tilapiyanı bişirərək yedikdən sonra vəziyyəti kəskin şəkildə pisləşib.
Həkimlər inkişaf edən sepsis və böyrək çatışmazlığı səbəbindən Lauranın əllərini və ayaqlarını amputasiya etmək məcburiyyətində qalıblar.
Yoluxucu xəstəliklər üzrə mütəxəssislər xəbərdarlıq edirlər ki, "Vibrio vulnificus" immuniteti zəif olan insanlar üçün xüsusilə təhlükəlidir.
Məlumata görə, Lauranın ailəsi və dostları tibbi xərcləri ödəmək üçün "GoFundMe" xeyriyyə saytt vasitəsilə 95.000 dollardan çox pul toplayıblar.