ABŞ-dan olan bir adam parazitli balıq yeyib. Foodinfo.az bildirir ki, bu barədə Oddity Central yazır.

Floridadan olan 23 yaşlı Nikola Kratka özünü “həddindən artıq yeyən” adlandırır və adi insanların imtina edəcəyi yeməkləri yediyini əks etdirən videolar çəkir. Blogger qarnında lent qurudu olan balığı yeyərək TikTok sosial şəbəkəsində videoçarx paylaşıb.

Kratka izləyicilərinindiqqətini çəkə bilsə də, onun hərəkəti nəticəsiz qalmayıb. Bir müddət sonra blogger səhhətində problemlər yaşamağa başlayıb. Mədəsi ağrıyır, ishal, halsızlıq və həddindən artıq tərləmə başlayıb. O, məcbur olub həkimə müraciət edib və parazit əleyhinə bir neçə dərman qəbul etməyə başlayıb.

Lakin buna baxmayaraq, Kratka əməlindən peşman deyil. Eyni zamanda həkim Kratkaya xəbərdarlıq edib ki, parazitlər çox təhlükəli ola bilər.

Fərid