Amerikalı əczaçı və dietoloq Debora Qreyson çay və qəhvənin qırmızı ət və yaşıl yarpaqlı tərəvəzlərlə birlikdə qəbul edilməməsi lazım olduğunu bildirib.

Foodinfo.az Daily Mail-ə istinadla xəvər verir ki,  bu isti içkilərin tərkibində olan polifenol adlanan kimyəvi maddələr dəmirin udulmasına mane olur. Oksigenin bütün bədənə daşınması üçün vacib olan bir mineraldır. İmmunitet sisteminin normal fəaliyyətini təmin edən və insanların enerjili qalmasına kömək edən oksigendir. Dəmir çatışmazlığı anemiyaya səbəb ola bilər. Bu vəziyyət adətən tez-tez yorğunluq, zəiflik, yuxululuq, saç tökülməsi və təkrarlanan soyuqdəymə ilə xarakterizə olunur.

Əczaçı qeyd edib ki, qırmızı ət, brokoli, ispanaq, kələm, və yaşıl salat dəmirlə zəngindir. Polifenollar, öz növbəsində, çay və qəhvə ilə müqayisədə daha az miqdarda olsa da, meyvələrdə, tərəvəzlərdə və ədviyyatlarda olur.