Dietoloq Aleksandra Stepanenko ərik yeyərkən son dərəcə diqqətli olmağı məsləhət görür.
Onun sözlərinə görə, quru meyvələrdə təzə ərikdən qat-qat çox şəkər var.
Qurudulmuş meyvələr qan şəkərinizin səviyyəsinin yüksəlməsinə səbəb ola bilər. Mütəxəssis tövsiyə edir ki, sağlam adamlar ərik qurusunu normada yesinlər, əks halda ishal və şişkinlik yarana bilər.
Quru ərik yaxşı lif mənbəyidir. Amma həddindən artıq istehlak edilərsə, həzm problemlərinə səbəb olur.
Dietoloq həmçinin xəbərdarlıq edib ki, ərik qurusu mədə-bağırsaq traktının xəstəlikləri üçün əks göstərişdir. Qurudulmuş meyvə qastrit və ya mədə xorasının kəskinləşməsinə səbəb ola bilər. Qalxanabənzər vəzi xəstəlikləriniz varsa, ərik qurusu yeməməlisiniz.
Bundan əlavə, ekspert xatırladıb ki, təzə ərik kimi quru ərik də allergik ola bilər.