Bağırsaq xərçəngindən qorunmaq üçün qida rasionunuza qaynadılmış su, soğan, sarımsaq, duzlu kələm və kefir daxil etmək lazımdır.

Digər tərəfdən, emal edilmiş ət və spirtdən çəkinmək daha yaxşıdır. Foodinfo.az xəbəe verir ki, bu barədə Daily Mail-ə britaniyalı dietoloq Emili Liminq məlumat verib.

Həkim izah edir ki, qablaşdırılan suyun tərkibində plastik hissəciklər ola bilər. Bəzi tədqiqatlar göstərib ki, həzm sisteminə daxil olarsa, bağırsaq mikrobiomuna mənfi təsir göstərə bilər. Alimlər həmçinin aşkar ediblər ki, bağırsaq xərçəngi şişlərinin strukturunda sağlam insanların toxumalarına nisbətən daha çox mikroplastik var. Bu səbəbdən, həkim şüşə suyu kran və qaynadılmış su ilə əvəz etməyi tövsiyə edir.

Dietoloq həmçinin kolbasa, mal əti və quzu ətinin istehlakını məhdudlaşdırmağı məsləhət görür.