Avstraliyanın şərq sahillərində sakinlər ölümcül Sidney hörümçəklərinin invaziyasının başlaması barədə xəbərdarlıq edilib. Bu barədə Daily Mail məlumat yayıb.
Mütəxəssislərin xüsusi mesajında deyilir ki, yerli zəhərli buğumayaqlıların çoxalma mövsümü tezliklə ölkənin şərq sahillərində, xüsusən də Yeni Cənubi Uels əyalətində başlayacaq. Erkəklər dişi axtarışına çıxmaq və yeni yuvalar toxumaq üçün kütləvi şəkildə sığınacaqları tərk etməyə başlayacaqlar.
Avstraliyalılara xəbərdarlıq edilib ki, son günlərdə yağan güclü yağışlar hörümçək fəaliyyəti üçün ideal şərait yaradıb. Onların kütləvi şəkildə həyətlərdə və evlərdə peyda olacağı gözlənilir. Onlar yüksək rütubətli qaranlıq yerlərə üstünlük verirlər və bağlara, qarajlara və hətta çöldə qalan ayaqqabılara girə bilərlər.
Bundan əlavə, vətəndaşlardan suvarılan hovuzların və digər qaranlıq, dar məkanların filtrlərini diqqətlə yoxlamaları tövsiyə olunub.
Fərid