Amerikalı alimlər insan ömrünü uzatmağın yollarını axtarmağa davam edirlər. Bunun üçün heyvanlar və həşəratlar üzərində müxtəlif təcrübələr aparılır. Bu dəfə araşdırma milçəklər üzərində aparılıb. Onların köməyi ilə alimlər rasionun ömrün uzunluğuna necə təsir etdiyini öyrəniblər. Məlum olub ki, müəyyən qida növləri müxtəlif genlərə təsir edir.
Foodinfo.az xəbər verir ki, bu barədə "Nature Communications" portalındakı məqalədə bildirilir.
Məsələ burasındadır ki, yağlı qidalar və həddindən artıq kalorilər ömrün uzunluğuna cavabdeh olan OXR1 geninə təsir edir. Əlaqəni izləmək üçün milçəklərin rasionunda kiçik bir kalori çatışmazlığı yaradılıb.
Nəticədə məlum olub ki, aclıq bu və uzunömürlülüyü təmin edən digər beş genə müsbət təsir göstərib.
Alimlər belə qənaətə gəliblər ki, kiçik kalori çatışmazlığı və cüzi aclıq hissi sağlamlığı yaxşılaşdıra və insanların ömrünü uzada bilər.
Nurlan