Çinin Tszyansu əyalətinin Usi şəhərində 6 000 il əvvəl yaşamış qədim insanın DNT-si tapılıb.
Foodinfo.az-ın "Global Times"a istinadən verdiyi xəbərə görə, qalıqlar bir qrup arxeoloqlar tərəfindən Matszyaban mədəniyyətinə aid iki məzarda aşkarlanıb.
Bu mədəniyyət orta neolit dövründə Yantszı çayının aşağı axarında inkişaf edib.
Qalıqların kişiyə aid olduğu ehtimal edilir.
Fudan Universitetinin Arxeologiya Elmləri İnstitutunun tədqiqatçısı Du Pansinin sözlərinə görə, tapılan DNT aşağı Yantszıdakı qədimi arxeoloji mədəniyyətlərin mənşəyi və miqrasiyasını anlamaq üçün vacibdir.
Qeyd edək ki, bölgədə yaşamış qədim insanlar haqqında məlumat məhduddur, lakin genetik material onların orada azı altı min il əvvəl yaşadıqlarını sübut edir.
Həmin ərazidəki işlər 2022-ci ilin aprel ayından aparılır. Bu müddət ərzində arxeoloqlar insan fəaliyyətinin yüzdən çox izini aşkar edə bilibər. DNT-nin tapıldığı iki məzar da bura aiddir.
Fərid