Xırtıldayan və şirin almaları bir saniyədə müəyyən etməyin üsulu aşkar edilib.
Foodinfo.az xəbər verir ki, Tut-news.ru saytı ən dadlı, şirəli, şirin və xırtıldayan almanın necə seçiləcəyi ilə bağlı məsləhətlər paylaşıb.
İlk növbədə almanın rənginə diqqət yetirin. Tamamilə qırmızı almalar çox vaxt göründüyü qədər şirin və şirəli olmur. Sarı tərəfləri olan almalar isə digərlərindən daha şirin olurlar.
Bəzi alma növlərinin zolaqları var, digərləri isə hamardır. Alma seçərkən, qırmızı və sarı zolaqların olması şirəli və dadlı almaları göstərəcəyini unutmayın.
Həmişə hamar, qabarıq və ya qaralmayan meyvələri seçin. Əks halda, alma tez xarab olacaq.