Amerikalı dietoloq Meri Sabat qan şəkərinin səviyyəsinə müsbət təsir edən qidaları sadalayıb.

Foodinfo.az xəbər verir ki, ekspertə görə, şəkər səviyyəsini sabitləşdirmək üçün liflə zəngin qidaları seçmək lazımdır. Belə qidalardan biri də karbohidratların həzmini yavaşlatmağa kömək edən yulafdır.

Yarpaqlı göyərti, ispanaq və kələm oxşar prinsiplə işləyir. Fındıq şəkərin udulmasını ləngidir. Bundan əlavə, dietoloq həzm üçün faydalı olan zülal, yağ və probiotikləri ehtiva edən qatıq yeməyi tövsiyə edir.