Böyük Britaniyanın Ekseter Universitetinin alimləri demensiyadan əziyyət çəkən insanlara nəzarət edəcək “ağıllı corablar” hazırlayıblar.
Foodinfo.az xəbər verir ki, bu barədə “Mirror” yazır.
Cihaz insanın nəbzini, tərləmə həddini və fiziki fəaliyyətini izləyə bilir. İxtiraçıların fikrincə, bu, demensiyalı xəstənin xəstəlik səbəbindən xəbər verə bilməyəcəyi ilk narahatlıq əlamətlərini erkən aşkar etməyə imkan yaradacaq.
Yeni texnologiya artıq Bristoldakı qocalar evlərinin birində uğurla sınaqdan keçirilib. Yenilik tezliklə digərlərində də istifadə olunacaq.
Maraqlıdır ki, “ağıllı corablar” adi corablardan seçilmir, onları hətta paltaryuyan maşında da yumaq olar. Bu corabların şarja eytiyacı yoxdur.