Mamır kimi tanınan dəniz yosunu bitkisi daha çox suyun səthində, ağacların gövdələrində və qayaların arasında, eləcə də dəniz dibində yaşayır. Dəniz yosunlarının rizoid adlanan sahələri var. Tərkibində xlorofil olan bu bitkilər həm də çiçəksiz sporlu bitkilərdir. Bəs görəsən, dəniz yosunları necə yaranır? 

Dəniz yosunun bir çox çeşidi və insan sağlamlığı üçün bir çox faydası var. Bəzi Uzaq Şərq ölkələrində də qida kimi istifadə olunur. Dəniz yosunu dənizdə böyüyən yosun formaları kimi tanınır. O, okean həyatı üçün çox vacib qida mənbəyidir və həmçinin qırmızıdan yaşıla, qəhvəyidən qaraya qədər bir çox rəngdə olur.

Dəniz yosunu çox yönlü bir qidadır. Xüsusilə şorbalar, suşilər, qida əlavələr və  salatlar  daxil olmaqla bir çox qidada istifadə olunur. Eyni zamanda, yüksək qidalıdır. Dəniz yosunu tez-tez dünyanın sahillərində tapılır. Amma ən çox Koreya, Yaponiya və Çin kimi Asiya ölkələrində yeyilən yeməkdir. Dəniz yosunun əsas faydaları bunlardır:

Tərkibində yod tirozin var.

Çox zəngin vitamin və mineral tərkibinə malikdir.

Tərkibində yüksək miqdarda antioksidant var.

Bağırsaq sağlamlığı üçün çox faydalıdır.

Arıqlamağa kömək edir.

Ürək xəstəliyi riskini əhəmiyyətli dərəcədə artırır.

2-ci tip diabet riskini əhəmiyyətli dərəcədə azaldır.

Mənbə: milliyet.com