Bir çoxları dondurmanın qan təzyiqinə təsirindən xəbərsizdir.
Foodinfo.az "Ölkə.Az"a istinadla xəbər verir ki, isti yay fəslinin vazkeçilməz qidası sayılan dondurma yüksək qan təzyiqini aşağı salır. Uzun müddət dondurmanı bir çox alim zərərli qida siyahısına əlavə etmişdi. Bununla yanaşı, Qərb alimləri bu yaxınlarda dondurmanın əslində qan təzyiqinə müsbət təsirinin olduğunu üzə çıxarıblar.
Bununla yanaşı, alimlər xəbərdarlıq edirlər ki, şəkər xəstəliyindən əziyyət çəkən insanlar üçün dondurma arzuolunan qida deyil. Çünki dondurmanın tərkibindəki yüksək miqdarda şəkər orqanizmə ziyan vura bilər. Amma dietoloqlar bildirirlər ki, keyfiyyətli dondurma orqanizmə ziyan vurmur, əksinə sağlamlığa faydalıdır. Keyfiyyətli dondurmanın tərkibində yüksək miqdarda kalsium, vitaminlər və amin turşusu olur. Bu qida süd məhsullarına allergiyası olan insanlar tərəfindən qəbul edilməməlidir. Amma qan təzyiqi yüksək olan insanlar üçün isə faydalıdır. Həm təzyiqi aşağı salır, həm də damarların fəaliyyətini yaxşılaşdırır.