
Şirniyyat sevənlər onun dadi ilə yanaşı qiymətinə də önəm verir. Foodinfo.az bildirir ki, dünyada ən bahalı şirniyyatlarından biri "La Madeleine au Truffle" adlanır. Bu şirniyyat 5000 dollara satılır. "La Madeleine au Truffle" şirniyyatı ağ trüf və qızıl ilə hazırlanır. Tərkibində yüksək keyfiyyətli şokolad və digər nadir inqrediyentlər var. Bu şirniyyatın hazırlanması çox zaman və fiziki əmək tələb edir.
Dünyanın ən bahalı şirniyyatlarından biri də "Golden Phoenix"dir. "Golden Phoenix" şokoladlı 28,000 dollardır. Şirniyyatların qiyməti onları hazırlayan aşpazların bacarığına görə dəyişir. Bəzən bu şirniyyatlar xüsusi tədbirlər üçün hazırlanır, yaxud müəyyən restoranlarda mövcuddur.