Bir çox insan kokpitin bağlı qapıları arxasında nə baş verdiyi ilə maraqlanır. Foodinfo.az xəbər verir ki, Theodoros adlı Efiopiya aviaşirkətinin ekipaj komandiri məxfilik pərdəsini qaldırmağa qərar verib və yeni videosunda uçuş zamanı necə yemək yediyini göstərib.
Efiopiyalı pilot Teodoros Solomonun 12 min metr hündürlükdə uçarkən nə yediyini göstərən video sosial şəbəkələrdə populyarlıq qazanır. Video Efiopiya Hava Yollarına məxsus Airbus A350 təyyarəsinin kokpitində lentə alınıb.
Videoya 100 mindən çox baxış və yüzlərlə şərh gəlib. Bir çox istifadəçi ekipaj komandirinə xoş iştaha arzuladı və pilotların uçuş zamanı necə yemək yeməsinə təəccüb və heyran qaldıqlarını bildirdilər. Bəziləri pilotun mədəsi ağrısa nə olacağını da soruşdular.
Maraqlıdır ki, əksər aviaşirkətlərin birinci və ikinci pilotları uçuş zamanı müxtəlif yeməklər yeyirlər. Bu qayda eyni vaxtda gəmidə olan hər iki kapitanın qida zəhərlənməsi riskini minimuma endirmək məqsədi ilə tətbiq edilib.
Fərid