Hava şəraiti əhval-ruhiyyəni izah etmək üçün təsirli bir yoldur. Günəş işığı müsbət emosiyaları gücləndirir, neqativ emosiyaları azaldır və yorğunluğu aradan qaldırır.
Əhval-ruhiyyəyə təsir edən hər şey insanların davranışlarına da təsir edə bilər. Məsələn, xoşbəxt insanlar ətrafdakı insanlara daha səmimi və yardımsevər davranırlar. Aparılan araşdırma nəticəsində məlum olub ki, insanlar günəşli vaxtlarda yemək yedikdən sonra daha çox xidmət haqqı verməyə həvəsli olurlar.
Havanın müxtəlif vəziyyətlərindən təsirlənmək insanların təbiətində var. Məsələn, hava soyuq olanda insanın daxilinə bir sıxıntı çökür, gözlərinizi möhtəşəm bir yaz havasına açdığınız zaman isə içinizdə kəpənəklər uçur. Bu, havanın insanlara təsirinə bir qədər aydınlıq gətirə bilər. Ancaq araşdırmalara görə, insanın əhval-ruhiyyəsinə həqiqətən təsir edən şey kifayət qədər gün işığı almaqdır. Əgər insan kifayət qədər gün işığından faydalanırsa, onun əhval-ruhiyyəyə təsiri olduqca müsbət olur. Araşdırmalara görə, yay aylarında gün işığından daha çox faydalandığımız üçün günlərin şən və xoşbəxt keçdiyi, qış aylarında isə gün işığından daha az faydalandığımız üçün sərf olunan vaxtın çox zaman səmərəsiz və neqativ olduğu müşahidə edilib. Neqativ düşünən insanların əhvalı yaxşı havada müsbətə doğru dəyişir. Həyata hər baxımdan pozitiv baxan insanlara əlavə təsir göstərmədiyi də müşahidə olunub. Havanın əhval-ruhiyyəyə müsbət təsirlərini aşağıdakı kimi sadalaya bilərik;
- İnsanlar yaxşı havada özlərini daha enerjili hiss edirlər.
- Motivasiya yüksək olur.
- İnsanlar günəş işığından çox faydalandığı üçün günləri də daha yaxşı və səmərəli keçir.
- Günəşli havalarda daha çox qarşılıqlı sosial münasibətdə olurlar.
- Günəş işığı mənfi emosiyaları azaldır.
- Günəş işığı yorğunluğu azaldır.
- Temperatur normal səviyyədə olduqda insanlar daha az stress yaşayırlar.
Araşdırmalar göstərir ki, hava şəraiti əhval-ruhiyyəyə təsir edir. Alış-verişə münasibətlə bağlı araşdırmalara görə, günəşli günlərdə alış-veriş edən insanların daha diqqətli olduğu müşahidə edilib.