Bazar ertəsi gününə nifrətin mənbələrini dərin insan psixologiyası sahəsində axtarmaq lazımdır. Bu barədə Aif.ru saytına sosiologiya elmləri namizədi, psixoloq, psixoanalitik, Avropa Psixoanalitik Psixoterapiya Konfederasiyasının (ECPP) prezidenti Lyudmila Polyanova məlumat verib.

Mütəxəssisin fikrincə, hər kəsin bazar ertəsini sevməməsinin öz səbəbi var. Amma qlobal mənada eyni şəkildə özünü göstərir. Hər şey insanın emosional yaddaşına aiddir. O, elə bir şəkildə qurulmuşdur ki, problemin mənbəyini unutsaq belə, şüursuz bir səviyyədə yenə də zaman zaman bizi narahat etməyə davam edən mənfi bir hiss yaşayırıq.

Psixoanalitik qeyd edir ki, bazar ertəsi günləri demək olar ki, hər kəs üçün stresli edən tendensiya əsasən uşaqlıqda qəbul edilən mənfi emosiyalarla bağlıdır.

Bazar günü axşam kimisə dəvət etməyə çalışın. Hər kəs bazar ertəsinin ağır gün olduğunu, durmağın tez olduğunu, görüləsi işlərin çox olduğunu və sairəni əsas gətirərək dərhal imtina edir.

Leyla