"WhatsApp"ın 23.21.1.71 nömrəli iOS-versiyasında audio və video mesajların göndərilməsi daha rahat olub.

Foodinfo.az xəbər verir ki, əvvəllər bu cür mesajları göndərmək üçün mikrofon və ya videokamera işarəsinə basıb istədiyiniz növə keçmək lazım idi, indi isə seçim üçün ayrıca menyu açılır.

Belə yenilik səhvləri azaltmaq üçün edilib, çünki diqqətsiz istifadəçilər səhvən səsli mesaj əvəzinə video mesaj göndərirdilər. Bu, şəxsin videoya keçdiyinin fərqinə varmadan mikrofon işarəsini basıb saxlaması səbəbindən baş verirdi.

“WhatsApp”ın digər versiyalarında yeniliyin nə qədər tez tətbiq olunacağı hələlik məlum deyil.