Amerikalı milyarder, "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask "X" sosial şəbəkəsini (keçmiş "Twitter"i) pullu etmək qərarına gəlib.

Foodinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkənin sahibi İsrailin baş naziri Benyamin Netanyahu ilə söhbətində deyib.

Belə ki, artıq istifadəçilər hər ay ödəniş etməli olacaqlar. Lakin Mask ödəniləcək məbləğin az olacağını bildirir. 

Onun sözlərinə görə, bu tədbir sosial şəbəkəyə dolmuş “bot ordusu” ilə mübarizəyə yönəlib.