Pomidora qırmızı rəng bəxş edən “likopin” adlı piqment kişi sağlamlığı üçün ən faydalı maddələrdən biridir. Bu maddə spermatozoidlərin hərəkətliliyi və digər göstəricilərini xeyli yaxşılaşdırmağa yardım edir. Pomidordan əlavə likopin qarpız, qreypfrut və itburnuda da var. Foodinfo.az Rossiyskaya qazetaya istinadla bildirir ki, Şeffild Unversitetinin (Böyük Brİtaniya) alimləri 19-30 yaşlar arası 60 könüllülərin iştirakı ilə eksperiment aparıblar. Bu kişilərin yarısı 12 həftə ərzində likopin, yarıs isə plasebo (boş həb) qəbul edirdi. Nəticədə məlum olub ki, likopin qəbul edənlərdə sağlam və fəal spermatozoidlərin  sayı 40% (!) artıb. Alimlərin fikrinə görə, güclü antioksidant olan likopin kişi sonsuzluğu ilə mübarizədə effektli ola bilər.
Saglamolun.Az