Tanınmış ukraynalı bioloq, kimyaçı, ömrünün 40 ilini təbii vasitələrlə müalicə üsullarının araşdırmasına həsr etmiş akademik Boris Bolotovun kitablarında damarları təmizləmək, infarkt və insultdan qorunmaq üçün saysız təbii reseptlər var.
Saglamolun.az oxucularını belə reseptlərdən biri ilə tanış edir.
5 x.q. şam ağacı iynəyarpağı və 2 x.q itburnu götürülür. Onları yaxşı yuyun, üzərinə 1 l qaynar su tökün, zəif odun üzərinə qoyun. Qaynamağa başlayan kimi oddan götürün (qaynatmayın!), 8 saat və ya axşamdan səhərə qədər saxlayın. Sonra dəmləməni süzün və gün ərzində yarım l - 1 l miqdarında adi çay kimi için. Dəmləməni 2 həftə ərzində için, 2 həftə fasilə verin və yenə 2 həftə için. Bu müalicəni ildə 2 dəfə yaz və payızda edin.
Bu vasitə həmçinin insult keçirmiş insanlar üçün də çox faydalıdır.