Rostec-ə daxil olan Metalist müəssisəsi mikroprosessorla idarə olunan bionik diz modulu "Comet" hazırlayıb. Bu barədə RİA Novosti məlumat yayıb.
Yaradılan cihaz aşağı ətrafların protezləşdirilməsi üçün nəzərdə tutulub. Bir şarjla modul 10 günə qədər işləyə bilər.
Protez real vaxt rejimində saniyədə min dəfədən çox sürətlə məlumatları toplayan və emal edən mikroprosessorla təchiz edilib.
Protez orta və yüksək fiziki aktivliyi olan insanlar üçün nəzərdə tutulub. "Kometa" 2024-cü ilin birinci rübündə sınaqlar başa çatdıqdan sonra seriya istehsalına buraxılacaq.