Melburn Universitetinin avstraliyalı zooloqlar qrupu tarixdə ilk dəfə nadir nəhəng siçovulun şəklini çəkə bilib. Bu barədə Melburn Universitetinin rəsmi saytında məlumat verilib.

Vanqunu siçovulları Solomon adalarının cəngəlliklərində yaşayır. Uzun müddət bu heyvanlar öyrənilməmiş qalıb. Alimlər onlar haqqında yalnız nəhəng siçovulların ağaclara dırmaşması və kokosları dişləri ilə parçalaması haqqında danışan yerli sakinlərin hekayələrindən məlumat alıblar.

2017-ci ildə bir qrup amerikalı alim Vanqunu dəri nümunələrini toplamağa və DNT analizi aparmağa müvəffəq olub ki, bu da onların əvvəllər məlum olmayan siçovul növü Uromys vikaya aid olduğunu göstərib. Zooloqlar siçovulların orta hesabla bir kiloqram ağırlığında və 45 santimetr uzunluğa çatdığını irəli sürdüblər. Bu, normal siçovulların ölçüsü və çəkisindən təxminən üç-dörd dəfə çoxdur. Lakin gəmiricilərin özlərini o zaman tapmaq və şəklini də çəkmək mümkün olmayıb.

Avstraliya ekspedisiyasının alimləri problemə geniş miqyasda yanaşmaq və cəngəllikdə kamera tələləri şəbəkəsi qurmaq qərarına gəliblər. Onlar heyvanın 95 şəklini toplamağa nail olublar.

Tədqiqatçılar ümid edirlər ki, kəşf bu növlərin qorunmasına kömək edəcək, çünki bu siçovullarının nəsli kəsilmək təhlükəsi var.

Fərid