Mətbəximizin vazkeçilməz maddələri arasında yer alan sarımsağın faydaları hamıya məlumdur. Ondan faydalanmaq üçün yeməklərə əlavə etməklə yanaşı, bəzi insanlar gecə yatmazdan əvvəl yastığının altına bir diş sarımsaq qoyurlar.
Foodinfo.az xəbər verir ki, çılpaq gözlə görülməyəcək qədər kiçik olan bakteriya və həşəratlar çarpayımızda və xüsusən də yastıqlarımızda yaşayır. Bu balaca canlılar gecələr bizi narahat edir, immunitetin azalmasına və xəstələnməyimizə səbəb olur. Ancaq gecə yastığın altına qoyulan sarımsaq bu problemi aradan qaldırır.
Sarımsağın tərkibində olan allisin komponenti güclü antibiotik və antibakterialdır. Gecələr yastığınızın altına qoyduğunuz sarımsağın qoxusu da allisin sayəsində yayılır. Ona görə də bütün gecə bu qoxunu içinə çəkmək immunitetimizi gücləndirir və sarımsaq qoxusuna nifrət edən həşəratlar gecə saatlarında sağlamlığımıza zərər verə bilmir.
Yastığınızın altına qoyduğunuz sarımsaq sayəsində yuxunuz daha rahat olacaq. Yuxu keyfiyyətini yaxşılaşdıran və infeksiyaları təmizləyən bu üsulu hər gecə tətbiq edə bilərsiniz.