Britaniya hüquq-mühafizə orqanları 2022-ci ildə London Stansted hava limanı yaxınlığında baş vermiş insidentlə bağlı məlumat yayıb. Bu barədə “Metro” xəbər verir.
Essex County polisinin məlumatına görə, London Stansted hava limanından havaya qalxdıqdan az sonra Ryanair pilotu 1,2 kilometr hündürlükdə naməlum qara obyekt görüb. Təyyarə saatda 370 kilometr sürətlə ondan 20 metr məsafədə uçub.
Polis bunun pilotsuz uçuş aparatı ola biləcəyini irəli sürüb. Lakin dron izləmə avadanlığı bunu aşkar etməyib.